Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İraqın baş naziri BMT Baş Assambleyası çərçivəsində bir sıra görüşlər keçirib
dünya

İraqın baş naziri BMT Baş Assambleyası çərçivəsində bir sıra görüşlər keçirib

23-09-2026 23:00 18 Views
IMG

İraqın baş naziri əl-Zaidinin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran və Türkiyə prezidentləri, eləcə də Britaniya və Misirin baş nazirləri ilə görüşləri keçirilib.

 

 

Tvit.az xəbər verir ki bu barədə xarici KİV məlumat yayıb.

 

Pezeşkianla görüşdə tərəflər regiondakı vəziyyəti, təhlükəsizliyin gücləndirilməsi və gərginliyin daha da artmasının qarşısının alınması üçün səylərin əlaqələndirilməsi zərurətini müzakirə ediblər. Türkiyə Prezidenti ilə görüşdə ikitərəfli və regional məsələlər nəzərdən keçirilib, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub.

Əl-Zaidi Britaniyanın baş naziri Bernemlə ikitərəfli münasibətləri, iqtisadi və investisiya əməkdaşlığını, eləcə də regional çağırışları müzakirə edib. İraqın baş naziri Britaniya şirkətlərinin İraqdakı investisiya və infrastruktur layihələrində iştirakının artırılmasına çağırıb.

Mədbuli ilə görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər. Misirin baş naziri əl-Zaidini Misir-İraq birgə komissiyasının dördüncü sessiyasının keçirilməsi üçün Qahirəyə dəvət edib.