Bu gün Ermənistan parlamentinin spikeri Ruben Rubinyan İranın İrəvandakı səfiri Xəlil Şirqulami ilə görüşüb.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Görüşdə Ermənistan-İran münasibətlərinin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, habelə, parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanlarını və bir sıra regional məsələləri nəzərdən keçiriblər.
Elmin Alışov