Bu gün İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək və İranın mövqeyini bəyan etmək üçün Tehrandan Nyu-Yorka yola düşüb.
Tvit.az bu barədə “İRNA” agentliyinə istinadən xəbər verir.
Səfər çərçivəsində Pezeşkian sessiyada iştirak edən bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Onun, habelə, ABŞ-dəki İran icmasının nümayəndələri, amerikalı ekspertlər və beyin mərkəzlərinin təmsilçiləri ilə ayrı-ayrılıqda görüşməsi planlaşdırılır.
Elmin Alışov