İranın Sistan və Bəluçistan əyalətinin Bəzman-İranşəhr magistralında polis avtomobilinə silahlı hücum edilib.
Tvit.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Hücum zamanı təhlükəsizlik qüvvələrini daşıyan avtomobil atəşə tutulub. Hadisə nəticəsində 1 polis zabiti həlak olub, 3 nəfər isə yaralanıb.
Elmin Alışov