Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
sosial

Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

22-09-2026 11:00 19 Views
IMG

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

 

Tvit.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

 

Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.