Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Qax və Şəkidə tikinti işləri üzrə tender keçirib.
Tvit.az xəbər verir ki, satınalma üzrə qalib “Azsur Group” MMC olub.
Qalib şirkətin təklif etdiyi qiymət 157 419,54 AZN təşkil edib. Müqavilə Qax rayonunda fərdi yaşayış evinin tikintisi, Şəki şəhərində isə fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisini əhatə edir.
Aysel Şirinova