Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Telefonların qiyməti arta bilər – Samsung yaddaş çiplərini bahalaşdırır
OTHER

Telefonların qiyməti arta bilər – Samsung yaddaş çiplərini bahalaşdırır

16-09-2026 21:00 18 Views
IMG

Samsung Electronics-in Apple və digər smartfon istehsalçılarına tədarük etdiyi mobil DRAM və NAND çiplərinin qiymətini 7–10% artırmağı nəzərdən keçirdiyi bildirilir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, qlobal yaddaş bazarında süni intellektə yüksək tələbat fonunda yaranan çatışmazlıq qiymətlərin artmasına səbəb olub.

 

Samsung-un tətbiq edəcəyi mümkün qiymət artımının smartfon istehsalçılarının xərclərini artıracağı və bunun son məhsul qiymətlərinə də təsir göstərə biləcəyi qeyd olunur.

 

Yaddaş bazarındakı qiymət təzyiqinin nə vaxt azalacağı isə hələlik məlum deyil. Bu vəziyyətin planşet və ağıllı saatlar kimi digər elektron cihazların qiymətlərinə də təsir edə biləcəyi bildirilir.

 

Aysel Şirinova