Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Liverpul" rekord məbləğə Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər
sport

"Liverpul" rekord məbləğə Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

14-09-2026 14:00 21 Views
IMG

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər.

 

Tvit.az "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir.

 

2023–2026-cı illərdə "Bornmut"un baş məşqçisi olmuş A.İraola braziliyalı futbolçunu komandadan ayrılan Məhəmməd Salahın əvəzləyicisi hesab edir.

 

Rayanın "Bornmut"la müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. Sözləşmədə 2027-ci ildə qüvvəyə minəcək 130 milyon funt-sterlinqlik (151,6 milyon avro) sərbəstqalma məbləği maddəsi var. "Liverpul" məbləğin azaldılması ilə bağlı razılıq əldə edə bilməsə, həmin bəndi aktivləşdirə bilər. Bu halda Rayanın transferi klub tarixinin ən bahalı sövdələşməsi olacaq.


Qeyd edək ki, Rayan 2026-cı ildə keçirilən dünya çempionatında Braziliya millisinin heyətində 4 matçda meydanda olub və 1 məhsuldar ötürmə verib. O, İngiltərə Premyer Liqasının cari mövsümündə isə şans qazandığı 4 oyunda məhsuldar göstəricilərlə yadda qalmayıb.