Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Şimali Koreya təlim keçirdi
dünya

Şimali Koreya təlim keçirdi

14-09-2026 12:00 21 Views
IMG

Şimali Koreya artilleriya sistemləri və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək döyüş atışlı təlim keçirdiyini açıqladı.


Tvit.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi  (KCNA) məlumat yayıb.


Müxtəlif növ silahların eyni vaxtda atəşə tutulmasını əhatə edən təlimin Cənubi Koreya və ABŞ-ın hava hücumundan müdafiə sistemlərini dəf etmək qabiliyyətini təkmilləşdirməyə yönəldiyi düşünülür.


Elmin Alışov