Türkiyə Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün danışıqların keçirilməsini istəyir.
Tvit.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə hökumətindəki mənbəyə istinadən bildirib.
Agentliyin mənbəyi Ukraynadakı münaqişənin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyinə əminliyini bildirib. Mənbə qeyd edib ki, Türkiyə tərəfi İstanbulda təmasların davam etdirilməsinin məqsədəuyğun olacağına inanır.
Elmin Alışov