Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran sülhməramlı nüvə proqramına sadiqliyini bir daha bəyan edib
dünya

İran sülhməramlı nüvə proqramına sadiqliyini bir daha bəyan edib

10-09-2026 23:00 8 Views
IMG

İranın Avstriyadakı səfirliyi Tehranın “dinc nüvə proqramı ilə bağlı qanuni hüququndan imtina etməyəcəyini” bildirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, səfirliyin X-də yaydığı açıqlamada ABŞ və İsrail ölkənin nüvə obyektlərinə hücum etməklə “yoxlama tənzimləmələrini” pozmaqda ittiham olunub.

 

Bəyanat Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin İranın BMT-nin nüvə nəzarəti orqanının müfəttişlərinin ölkəyə girişinə icazə verməməsi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına göndərmək barədə qətnamə qəbul etməsindən sonra verilib.

 

Səfirlik bildirib ki, ABŞ və İsrail “bu pozuntudan MAQATE İdarə Heyətinin İrana qarşı qətnaməsinin qəbul edilməsi üçün bəhanə kimi istifadə ediblər”.

 

Tehran ötən ilin iyununda ABŞ və İsrailin ölkənin nüvə proqramına qarşı həyata keçirdiyi hücumlara cavab olaraq bəzi nüvə obyektlərində BMT yoxlamalarını dayandırdığını bildirir.

 

Aysel Şirinova