Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Apple yeni iPhone-u təqdim etdi - Samsung belə reaksiya verdi
OTHER

Apple yeni iPhone-u təqdim etdi - Samsung belə reaksiya verdi

10-09-2026 20:00 8 Views
IMG

Apple-ın yeni iPhone modellərini təqdim etməsindən sonra onun əsas rəqiblərindən biri olan Samsung sosial şəbəkələrdə şirkəti ələ salan paylaşımlar edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Apple keçirilən təqdimat tədbirində iPhone 18 Pro modelləri, yeni Apple Watch və Apple Watch Ultra, həmçinin AirPods 5-i təqdim edib. Şirkət, həmçinin ilk qatlanan smartfonu olan iPhone Duo modelini nümayiş etdirib.

 

Təqdimatı Apple istifadəçiləri ilə yanaşı, rəqib şirkətlər də izləyib. Samsung isə tədbirdən sonra Apple-ın yeni məhsullarına eyham vuran bir sıra paylaşımlar yayımlayıb.

 

Samsung-un ABŞ-dakı rəsmi hesabında “Köhnəlmiş yeməyimizi nə vaxt qızdırmağı dayandıracaqsınız?” və “Həyəcanverici idimi? Xeyr. Bu baş verdimi? Bəli” ifadələri paylaşılıb.

 

Şirkət həmçinin “ItsTimeToSwitch” (“Keçidin vaxtıdır”) heşteqindən istifadə edərək istifadəçiləri Samsung-a keçməyə çağırıb.

 

Samsung-un paylaşımları Apple-ın yeni məhsullarının innovativliyini şübhə altına almaq məqsədi daşıyıb. Şirkət xüsusilə Apple-ın qatlanan smartfon bazarına gec daxil olmasına eyham vurub.

 

Bununla belə, iPhone Duo təqdimatdan sonra geniş diqqət çəkib. Telefonun qırışsız ekranı, keçid animasiyaları, ekran keyfiyyəti və performansı diqqət çəkən xüsusiyyətlər arasında göstərilir.

 

iPhone Duo-nun qiyməti isə kifayət qədər yüksəkdir. Model ABŞ-da 1 999 dollardan başlayır.

 

Aysel Şirinova