İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 müxtəlif komandasının heyətində meydana çıxan ilk futbolçu olub.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı oyunçu buna Liqa mərhələsində Fransa "Lill"inə 3:2 hesabı ilə qalib gəldikləri matçda start heyətində yer almaqla nail olub.
İspaniyalı yarımmüdafiəçi daha əvvəl Avropanın bir nömrəli klub turnirində "Valensiya", "Malaqa", "Real" və "Sevilya"nın şərəfini qoruyub. O, 2023-cü ildən "Betis"də çıxış edir.
Qeyd edək ki, İsko 2026/2027 mövsümündə keçirdiyi 5 matçda 1 məhsuldar ötürmə edib.