Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
СПОРТ

İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub

09-09-2026 14:00 15 Просмотров
IMG

İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 müxtəlif komandasının heyətində meydana çıxan ilk futbolçu olub.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı oyunçu buna Liqa mərhələsində Fransa "Lill"inə 3:2 hesabı ilə qalib gəldikləri matçda start heyətində yer almaqla nail olub.

 

İspaniyalı yarımmüdafiəçi daha əvvəl Avropanın bir nömrəli klub turnirində "Valensiya", "Malaqa", "Real" və "Sevilya"nın şərəfini qoruyub. O, 2023-cü ildən "Betis"də çıxış edir.

 

Qeyd edək ki, İsko 2026/2027 mövsümündə keçirdiyi 5 matçda 1 məhsuldar ötürmə edib.