Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Tələbə kompüter zalından evə qayıdarkən faciəvi şəkildə öldü
turizm

Tələbə kompüter zalından evə qayıdarkən faciəvi şəkildə öldü

27-08-2026 12:00 15 Views
IMG

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az AZƏRTAC-a istinadla xəbər verir ki, rayonun Qaraçı kəndində qeydə alınan hadisə zamanı Rəşad Məmmədsəidov idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə piyadanı vurub.

 

Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Böyükağa Abbasəli oğlu Abbasov dünyasını dəyişib.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə saatlarında B.Abbasov kənddəki kompüter oyunları zalından evə qayıdan zaman baş verib.

 

Qəzada dünyasını dəyişən gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəznində Neft-Energetika Kollecində təhsil alırdı.

 

Faktla bağlı araşdırma aparılır.