Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir
turizm

Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir

25-08-2026 08:00 12 Views
IMG

Ağdamda qətl hadisəsi törədilib.

 

Tvit.az-ın Report-a istinadən məlumata görə, hadisə Səfərli qəsəbəsində qeydə baş verib.

 

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

 

Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. E.Qənbərov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.