Ağdamda qətl hadisəsi törədilib.
Tvit.az-ın Report-a istinadən məlumata görə, hadisə Səfərli qəsəbəsində qeydə baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. E.Qənbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.