Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı
turizm

Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı

03-08-2026 11:00 42 Views
IMG

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

 

Tvit.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.

 

O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla, 4 nəfər batma təhlükəsi ilə üzləşib:

 

"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".