Bu gün səhər saatlarında İraqın şimalındakı Süleymaniyyə əyalətində dron hücumlarından sonra silah və sursat anbarlarında partlayışlar baş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partlayışlar dron zərbələrindən sonra anbarlarda baş verən ardıcıl detonasiya nəticəsində qeydə alınıb.
İlkin ehtimallara əsasən, hücumların İran tərəfindən həyata keçirildiyi bildirilir.
Elmin Alışov