Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan "Opel" , KIA və "Chevrolet" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.