Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
sosial

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

13-10-2026 14:00 14 Views
IMG

Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.

 

Tvit.az xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

 

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.