Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşa XİN Kiyevdəki hərbi obyektlərə qarşı cavab zərbələrindən sonra Rusiya səfirini çağırıb
dünya

Polşa XİN Kiyevdəki hərbi obyektlərə qarşı cavab zərbələrindən sonra Rusiya səfirini çağırıb

26-05-2026 21:00 6 Views
IMG

Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Georgi Mixnonu Avropa İttifaqının digər ölkələri ilə birlikdə həyata keçirilən “əlaqələndirilmiş aksiya” çərçivəsində nazirliyə çağırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

 Görüş zamanı tərəflər Rusiya XİN-in Ukrayna ordusunun Starobelskə hücumundan sonra Kiyevdəki hərbi obyektlərə cavab zərbələri endirilməsi ilə bağlı bəyanatı ətrafında mövqelərini mübadilə ediblər. Bu barədə TVP Info telekanalına Polşa XİN-in mətbuat katibi Matsey Vevyur məlumat verib.

“Bu, çox qısa görüş oldu. Cənab səfir Rusiya tərəfinin artıq Rusiya XİN-in bəyanatında səsləndirilmiş arqumentlərini təqdim etdi, bizim mövqeyimiz isə onun diqqətinə çatdırıldı”, — deyə Vevyur bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının digər ölkələri ilə koordinasiya olunmuş aksiya çərçivəsində müxtəlif ölkələrdəki Rusiya diplomatik nümayəndəliklərinin rəhbərləri eyni vaxtda xarici işlər nazirliklərinə çağırılıblar.

 

Aysel