Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov Mişustinlə danışdı
siyasət

Əli Əsədov Mişustinlə danışdı

26-05-2026 19:00 12 Views
IMG

Mayın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

"Tvit.az" xəbər verir ki, hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

​Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.