Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
turizm

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

26-05-2026 08:00 16 Views
IMG

Ağsu rayonunda ağır yol qəzası baş verib.

 

Tvit.az xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.

 

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində həyatını itirib.

 

Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

 

Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.