Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hizbullah ilə müharibədəyik - Netanyahu
dünya

Hizbullah ilə müharibədəyik - Netanyahu

25-05-2026 22:00 10 Views
IMG

İsrail, İsrail ərazisinə dron hücumlarına cavab olaraq Livanda şiə təşkilatı Hizbullahın hədəflərinə zərbələri gücləndirməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

 

"Biz Hizbullahla müharibədəyik," - Netanyahu Telegram kanalında yerləşdirdiyi qısa video mesajında əlavə edib.

 

Onun sözlərinə görə, bir neçə həftə ərzində İsrail ordusu şiə silahlı qruplarının 600-dən çox üzvünü öldürüb.

 

"Ayağımızı pedaldan çəkmirik. Əksinə. Pedalı daha da güclü basmaq üçün göstəriş verdim. Onlara hücum edəcəyik. Bəli, bizə dronlar göndərirlər. Bu işlə məşğul olan xüsusi komandamız var, biz bu problemi də həll edəcəyik," - Netanyahu yekunlaşdırıb.

 

Aysel Şirinova