Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya WP: İran və ABŞ mümkün razılaşma üzərində işləyir
dünya

WP: İran və ABŞ mümkün razılaşma üzərində işləyir

25-05-2026 18:00 8 Views
IMG

ABŞ və İran regiondakı təhlükəsizlik və sanksiya məsələlərini əhatə edən mümkün razılaşma üzərində işləyirlər.


Tvit.az xəbər verir ki, bu barədə ““The Washington Post” qəzeti məlumat yayıb.


Nəşrin məlumatına əsasən, tərəflər arasında müzakirə olunan Anlaşma Memorandumu çərçivəsində Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması nəzərdə tutulur.


Məlumata görə, mümkün razılaşmanın əsas şərtləri bunlardır:
• danışıqlar dövründə 60 günlük atəşkəsin uzadılması; 
• İranın Hörmüz boğazını 30 gün ərzində açması; 
• ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvi; 
• İranın təxminən 12 milyard dollarlıq dondurulmuş aktivlərinin azad edilməsi; 
• İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürməsi. 


Tərəflərdən hələlik bu məlumatlarla bağlı rəsmi yekun açıqlama verilməyib. 


Elmin Alışov