Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bizim daha vacib işlərimiz var - Tehrandan Trampa reaksiya
dünya

Bizim daha vacib işlərimiz var - Tehrandan Trampa reaksiya

25-05-2026 12:00 9 Views
IMG

İran ABŞ prezidenti Donald Trampın sosial mediada İslam Respublikasına qarşı təhdidlər ehtiva edən paylaşımlarına cavab verməyi zəruri hesab etmir. Tehran "öz üslubunda" hərəkət etmək niyyətindədir.

 

Tvit.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.

 

 "Bizim daha vacib işlərimiz var. Əgər qarşı tərəfin sosial mediada paylaşdığı paylaşımlara və şəkillərə cavab versək, daha vacib nəticələr əldə edə bilməyəcəyik. Biz ölkəmizin milli maraqlarını təşviq etməyə və qorumağa diqqət yetiririk. Lazım olan yerdə öz üslubumuz və tərzimizlə hərəkət edəcəyik", - deyə Bəqayi əlavə edib.

 

Aysel Şirinova