Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
sosial

Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər

25-05-2026 10:00 12 Views
IMG

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, konserti Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva izləyiblər.

 

Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər.

 

Gənc istedadların təqdim etdiyi bu zəngin proqram uşaqların musiqi və rəqs sənətinə gətirdiyi yeni nəfəsin, bədii yaradıcılığa verdikləri real töhfənin göstəricisidir.