Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Nigeriyada terrorçular tərəfindən girov götürülmüş 92 nəfər xilas edildi
dünya

Nigeriyada terrorçular tərəfindən girov götürülmüş 92 nəfər xilas edildi

25-05-2026 08:00 9 Views
IMG

Nigeriyanın şimal-şərqində Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan İSWAP tərəfindən girov götürülmüş 92 mülki şəxs xilas edilib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Xilas edilənlərdən 52 nəfəri kişi, 33 qadın və 7-si uşaqdır.


Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.


Elmin Alışov