Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvana uçuşlar yenidən bərpa edildi
sosial

Naxçıvana uçuşlar yenidən bərpa edildi

22-05-2026 10:00 46 Views
IMG

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.

 

AZAL-dan Tvit.az-a verilən məlumata görə, hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.

 

AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür.

 

Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.