Gəncədə yeniyetmə bıçaqlanıb.
"Tvit.az" xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki 2012-ci il təvəllüdlü M.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Hüseynovu qonşusu bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.