Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu ərazilərdə 2 gün su olmayacaq
sosial

Bu ərazilərdə 2 gün su olmayacaq

13-05-2026 11:00 37 Views
IMG

Bakının Binəqədi rayonunun, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi ərazilərinə suyun verilişində fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması ilə bağlı aparılan işlərdir.

 

Fasilə mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına qədər olacaq.