Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu tarixlərdə tədris distant formada olacaq – Rəsmi
sosial

Bu tarixlərdə tədris distant formada olacaq – Rəsmi

13-05-2026 11:00 35 Views
IMG

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant formada keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.

 

Qeyd olunub ki, müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.

 

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.