Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.
"Tvit.az" xəbər verir ki, zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Məhəmməd Məmmədov, 20 yaşlı Zaur Həsənov və dəstənin 22 yaşlı qadın üzvü saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin paytaxtın digər ərazilərində də analoji əməllər törətdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.