Ermənistan hökuməti baş naziri Nikol Paşinyanı “xain” adlandıran sakini saxlayıb.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, erməni sakin nifrət qızışdırmaq ittihamı ilə qarşı-qarşıya qalıb.
Belə ki, saxlanılan şəxs “nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırmaq və ya yaymaq məqsədi ilə açıqlamalar verməkdə şübhəli bilinərək polis şöbəsinə aparılıb.
Daha əvvəl sosial mediada yayılan videogörüntülərdə saxlanılan şəxsin evinin qarşısında qandallandığı, zorla avtomobilə mindirildiyi və aparıldığı görünür.
Saxlanılan şəxsin blogger Artak Avetisyan olduğu deyilib.
Aysel