Litva vətəndaşı Belarusda casusluqda ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məqalədə deyilir ki, saxlanılan şəxs Litva xüsusi xidmət orqanlarının agenti olub. Onun strateji əhəmiyyətli Belarus obyektləri haqqında məlumat topladığı iddia edilib.
Nəşr qeyd edir ki, 35 yaşlı Trotskis 2024-cü ilin payızında qohumlarını ziyarət etmək üçün ölkəyə gəlib. Səfəri zamanı o, həbs edilib.
Aysel Şirinova