Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Lökbatandakı yanğına helikopterlər indiyədək 115 ton su töküb
sosial

Lökbatandakı yanğına helikopterlər indiyədək 115 ton su töküb

12-05-2026 11:00 76 Views
IMG

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 45 atış həyata keçirib.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, bu atışlar zamanı ümumilikdə 115 ton su yanğın baş verən əraziyə tökülüb.

 

Hazırda atışlar davam edir.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.