Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Biləcəridə işıq olmayacaq
sosial

Biləcəridə işıq olmayacaq

12-05-2026 10:00 67 Views
IMG

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərişıq ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Sulutəpə, Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.