"Barselona"nın gənc ulduzu Lamin Yamal cəmi 18 yaşında İspaniya çempionatında qələbə sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu geridə qoyub.
Tvit.az gazeta.ru-ya istinadən xəbər verir ki, İspaniya millisinin üzvü "Barsa"nın heyətində üç dəfə La Liqanın qalibi olub.
Ronaldu isə doqquz il "Real Madrid"də oynasa da, cəmi iki dəfə İspaniya çempionu adına yiyələnib.