Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropanın ən güclü ordusu yaradılacaq - Hərbi qüvvə 500 min nəfərə çatdırılacaq
dünya

Avropanın ən güclü ordusu yaradılacaq - Hərbi qüvvə 500 min nəfərə çatdırılacaq

06-05-2026 21:00 15 Views
IMG

Polşada Avropanın ən böyük ordusunu yaratmaq üçün iddialı planlar açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyşın danışıb.

 

Onun sözlərinə görə, ölkənin məqsədi 500 min hərbi qulluqçudan ibarət ordu yaratmaqdır, bunun 200 mini ehtiyat qüvvələr olacaq.

“2030-cu ilə qədər Polşa Avropanın ən güclü və ən böyük ordusuna sahib olacaq. Bütün fəaliyyətlərimizi buna uyğun qururuq,” — deyə Polşa müdafiə nazirliyinin mətbuat xidməti bildirib.

 

Qeyd olunur ki, hazırda Polşanın müdafiə büdcəsi 200 milyard zloti (təxminən 55 milyard dollar) təşkil edir.