Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Tanışını qətlə yetirib, meyitini hissələrə bölənlərin məhkəməsi oldu
turizm

Tanışını qətlə yetirib, meyitini hissələrə bölənlərin məhkəməsi oldu

06-05-2026 19:00 8 Views
IMG

Birlikdə fəhləlik etdiyi tanışını qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb dərəyə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

 

Tvit.az xəbər verir ki, Unikalın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Babək Güləliyev şahid qismində ifadə verib.

 

Hadisədən 4 ay sonra mənə zəng etdilər. Ötmə həddini aşdığına ona marqat etdim. Maşını saxlayandan sonra ona yaxınlaşdım. Bildirdim ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozursan. O isə mənə bildirdi ki, maşında zibil var idi, onu atacaqdım üzürlü say".

 

Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib. 

 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

 

Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.