Almaniya kansleri Fridrix Merz Hörmüz boğazında müəyyən şərtlərlə, o cümlədən hərbi vasitələrlə müdaxilə ilə təhlükəsiz naviqasiyanın təmin olunmasında Almaniyanın iştirak etməyə hazır olduğunu bir daha vurğulayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Almaniya, uyğun şərait varsa, dəniz yollarının azadlığının təmin olunmasında, o cümlədən hərbi vasitələrlə, iştirak etməyə hazırdır," - Merz Portuqaliya Baş naziri Luis Monteneqro ilə Berlində keçirilən birgə mətbuat konfransında bildirib. Eyni zamanda, Almaniya kansleri ilk alman gəmisinin Aralıq dənizinə göndərilməsini təsdiqləyib.
Aysel