Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
sport

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub

05-05-2026 21:00 22 Views
IMG

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.

 

Tvit.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.

 

Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib.

 

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

 

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.

 

Report