İsrailin havadan və qurudan hücumlarını davam etdirdiyi Livandan 250 min insanın Suriyaya keçib.
Tvit.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
“İsrailin hava hücumlarının artması ilə 23 sentyabrdan bu yana 250 min insanın keçdiyi Suriya- Livan sərhədindəyəm. Bu sadəcə olaraq dəhşətdir”,- deyə komissar qeyd edib.
Elmin Alışov