Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial "Libraff”da "Etik Kodeks - Psixoloqların Rəhbəri" kitabının təqdimat mərasimi keçirilib
sosial

"Libraff”da "Etik Kodeks - Psixoloqların Rəhbəri" kitabının təqdimat mərasimi keçirilib

25-11-2024 18:00 25 Views
IMG

Dekabrın 25-də “Libraff”da Qumru Şərifovanın "Etik Kodeks - Psixoloqların Rəhbəri" kitabının təqdimat mərasimi keçirilib.

Tvit.az xəbər verir ki, mərasimdə çıxış edən Qumru Şərifova, Etik kodeks kitabının yazma prosesinin en önemli hissələrindən biri də, psixologiya tələbələrinin etik dəyərlərə yiyələnmələrini təmin etmək məqsədilə həyata keçirilmişdir. Bu kitabın ən önəmli hədəflərindən biri, gələcəyin psixoloqları olan tələbələrin qarşılaşa biləcəyi müxtəlif problemlərə hazırlıqlı olmalarını təmin etməkdir. 

Kitab, psixologiya sahəsində təhsil alan tələbələrin təkcə peşəkar bilik və bacarıqlarını deyil, həm də etik anlayışlarını inkişaf etdirməyi məqsəd qoyur. Etik dəyərlər, peşəkar həyatda qarşılaşılacaq çətinliklərlə başa çıxma qabiliyyətini gücləndirir. Bu səbəbdən, etik kodeks tələbələrin məzuniyyət sonrası karyeralarında qarşılaşacaqları problemləri daha sağlam bir şəkildə ələ almalarına kömək etməyi hədəfləyir.

O, qeyd edib ki, universitetlərdə etik bilgilərin artırılması və mütəxəssis hazırlığı üçün bu kitabların dərslik kimi istifadəsi vacibdir.

Kilinik psixoloq bildirir ki,tədris mərkəzləri,universitetlər,məktəb psixoloqları və əlimiz çatan bütün psixoloqları maarifləndirmək çox vacibdir. Bunun üçün isə, psixoloqların etik dəyərləri mənimsəmələri səbəbilə müxtəlif maarifləndirici tədbirlər və seminarların keçirilməsinin vacibliyi vurğulanıb.

  Psixiyatr kollegalarımızın idarə heyətində olduğu etik komitədən dəstək istəmək və psixologiya etik komitəsinin fəaliyyətini qurmaq, gücləndirmək üçün mövcud etik komitənin dəstəyinin, bilik və təcrübələrinin alınması üçün addımların atılmasının vacibliyi vurğulanıb.

 Akkreditasiya üçün minimum standartların əsasında standartların müəyyənləşdirməyin önəmi görüşdə danışılıb. Mütəxəssislərin sertifikatlaşdırılması və akkreditasiya prosesinin keyfiyyətini artırmaq məqsədilə standartların hazırlanması və Azərbaycanda peşə ilə bağlı söz sahibi əməkdaşlardan fikirlər almaq, etik kodeksin hazırlanmasında mütəxəssis və praktik psixoloqlardan fikirlər toplayaraq, dəyərlərə uyğun bir kodeksin formalaşdırılmasının önəmi vurğulanıb.

Bu məsələrin müzakirəsi, psixologiya sahəsində etik dəyərlərin inkişafı və attestasiya prosesinin standartlarının yüksəldilməsi baxımından önəmlidir.

Təqdimat mərasimində psixoloqlar,müəllimlər, tələbələr və digər digər qonaqlar çıxış edərək hər kitabın müasir Azərbaycan təhsilinin inkişafına və islahatların sürətlənməsinə verəcəyi töhfələri qeyd ediblər.