Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakı-Quba yolunda yük və minik avtomobilləri TOQQUŞDU
turizm

Bakı-Quba yolunda yük və minik avtomobilləri TOQQUŞDU

17-04-2026 10:00 22 Views
IMG

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.


Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bu zaman qarşıdan gələn VAZ-21015 markalı avtomobillə toqquşub.

 

Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.