Daşkəsəndə itkin düşən şəxsin meyiti tapılıb.
Tvit.az-ın məlumatına görə, aprelin 4-də Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Qabaqtəpə kənd sakini, 74 yaşlı Ə.Kərimovun yaşadığı evi tərk edərək geri qayıtmaması barədə məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində Ə.Kərimovun üzərində zorakılıq əlamətləri olmayan meyiti rayon ərazisində yerləşən meşəlik sahədə, dərədə aşkar olunaraq çıxarılıb.