Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.
Tvit.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.
Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşlı qızın həyatını xilas etmək mümkün olub.
Məlumata görə, T.Qarazadə 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.