Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sport UEFA-dan İsveç – Azərbaycan oyunu ilə bağlı etiraf: Hakim səhvi olub
sport

UEFA-dan İsveç – Azərbaycan oyunu ilə bağlı etiraf: Hakim səhvi olub

21-11-2024 13:00 31 Views
IMG

UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş VI tur oyununda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiklərini etiraf edib.

"Tvit.az" xarici mətbuata istinadən xəbər verir ki, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibi komandanın hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib.

UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.

Qeyd edək ki, oyundan sonra Aleksandr İsak da qərarın doğru olmadığını vurğulamışdı.