Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya PUA hücumu nəticəsində Əbu - Dabidə turistlər yaralandı
dünya

PUA hücumu nəticəsində Əbu - Dabidə turistlər yaralandı

05-03-2026 15:00 11 Views
IMG

Əbu-Dabidə vurulmuş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının yerə düşməsi nəticəsində 6 nəfər əcnəbi yaralanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Əbu-Dabi media ofisinin bəyanatında deyilir: “Əbu-Dabi Əmirliyinin səlahiyyətli qurumları, hava hücumundan müdafiə sistemləri tərəfindən bir PUA-nın uğurla zərərsizləşdirilməsindən sonra ICAD 2 bölgəsindəki iki müxtəlif nöqtəyə düşən qalıqlarla bağlı hadisəyə müdaxilə edib. Hadisə nəticəsində Pakistan və Nepal vətəndaşları olan 6 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb”.